Narkomaniyaya qarşı yeni mərkəz fəaliyyətə başladı – VİDEObackend

Narkomaniyaya qarşı yeni mərkəz fəaliyyətə başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21-ci əsrin bəlası adlandırlan narkomaniyanın qurbanları günü-gündən sürətlə artmaqdadır. Yeni narkotik vasitələrin icadı və eləcə də online satış şəbəkələrinin çoxalması bu artıma vüsət verən səbəblərdəndir.

Narkotik maddələr sinir sistemə güclü təsirə  malikdir. Buna görə də bir neçə dəfə narkotik istifadə etmiş şəxs bu maddələrdən asılı hala düşür. Narkoman adlanan bu şəxslər cəmiyyət tərəfindən birmənalı qarşılanmırlar.

Əksər insan narkomaniyanın çıxılmaz bir bəla olduğunu düşünür. Lakin narkomaniyadan və digər asılılıqdan qurtulmağın yolları mövcuddur.

NOCOMMMENT.az xəbər verir ki, paytaxt yaxınlığında, Xəzər dənizinin sahilində yerləşən Qurtuluş Reabilitasiya Mərkəzi də heç bir dərman vasitəsindən istifadə etmədən asılı şəxsləri sağlam düşüncələrə qovuşduraraq yenidən cəmiyyətə, ailəyə qaytarmağa xidmət edir.  Burada reabilitasiya olunanlar anonim saxlanılır.

Bir əsrə yaxındır, dünya praktikasında özünü doğrultmuş 12 addım reabilitasiya proqramı asılılıqdan qurtulmağın asan yoludur. Reabilitasiyada dərman vasitələrinin əvəzinə, mühazirələr, artterapiya, əməkterapiyası, filmoterapiya, müxtəlif psxioloji seanslar aparılır.  Bu yollarla asılılıqdan xilas olmuş L.A. indi asılılıq üzrə psixoloqdur və öz təcrübəsini hazırki xəstələrlə bölüşür.

Mərkəzin direktoru Ə.A. da uzun illər narkotik vasitələrdən asılı olub. 12 addım proqramıyla sağaldıqdan sonra bir neçə il təcrübə toplayıb və indi mərkəzdə bu proqramın icrasına nəzarət edir. Onun sözlərinə görə, narkotik maddələr güclü psixosimulyator olduğuna üçün ondan istifadə edənlərdə asılılıq yaranır.

Xəstə yaxınlarında və ümumiyyətcə cəmiyyətdə ümidsizliyə səbəb olan “narkomaniya sağalan deyil”, “heç nə etmək lazım deyil, onsuz o narkomandır” kimi fikirləri daha da möhkəmləndirmək əvəzinə həmin insanları müalicə almaq üçün dəstəkləmək lazımdır. Əslində narkomaniya sağalan xəstəlikdir. Narkomanların da normal düşüncəli, sağlam həyat yaşayan insan olmaq şansları var.

Psixi asılılıqdan azad olmaq üçün, psixoloqların, asılılıqdan qurtulmuş şəxslərin təcrübəsindən yararlanmaq lazımdır.  Reabilitasiyada 3-6 ay ərzində asılılıqdan əziyyət çəkən şəxs sözün əsl mənasında bir şəxsiyyət kimi formalaşır, pis vərdişlərdən uzaq qalmağı öyrənir.

Mərkəzin mütəxəssisləri təkcə burda reabilitasiya keçən xəstələrə deyil, müraciət edən hər kəsə məsləhətlər verməyə hazırdırlar. 

(050) 484 00 03 , (055) 777 02 76 nömrələri ilə əlaqə saxlayaraq özünüz və ya ətrafınızda olan narkotik istifadəçisi üçün məsləhətlər ala bilərsiniz.

Nərmin Vüqarqızı