Narkotik vasitə aparan şəxs saxlanılıbbackend

Narkotik vasitə aparan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.