Natəvan Babayeva səhhətindən danışdı: Müalicəm davam edirbackend

Natəvan Babayeva səhhətindən danışdı: Müalicəm davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayeva səhhətindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, aparıcı Teleqraf.com-a açıqlamasında yaxşı olduğunu bildirib: “Səhhətim yaxşıdır. Səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Hazırda rayonda qohumlarımla birlikdəyəm. Müalicəm davam edir. Yaxın günlərdə müalicə üçün Türkiyəyə gedəcəm”.

Qeyd edək ki, Natəvan Babayevanın Türkiyəyə gedərkən səhhəti hava limanında pisləşmişdi. O, özəl xəstəxanaların birindən Milli Onkologiya Mərkəzinə köçürülmüşdü.