Natəvan Həbibi boşanmasından DANIŞDIbackend

Natəvan Həbibi boşanmasından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa, ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “MTV Magazin”ə açıqlamasında müğənni Natavan Həbibi deyib.

O, keçmiş əri Dado (Səid Əliyev) haqqında deyib:

“Sadəcə baş tutmur, gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi”.

Qeyd edək ki, cütlüyün bir oğlan övladı var.