NATO 2024-cü ildə Ukraynaya ölümcül silah verməkdən imtina edibbackend

NATO 2024-cü ildə Ukraynaya ölümcül silah verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2024-cü il üçün NATO-Ukrayna əməkdaşlıq proqramı könüllüdür və Kiyevə öldürücü silahların verilməsini nəzərdə tutmur. Bu barədə alyans xarici işlər nazirlərinin NATO-Ukrayna formatında görüşün yekunlarına dair bəyanatında deyilir.

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyartonun qeyd etdiyi kimi, Budapeşt Ukraynaya öldürücü silah verməkdən imtina etməkdə israrlıdır, çünki “belə bir addım eskalasiya riski yarada bilər”.

Diplomat vurğulayıb ki, Ukraynadakı münaqişə NATO “müharibəsi” deyil, ona görə də Macarıstan buna əsaslanan istənilən yanaşmanı rədd edir.

Siyarto bunu Facebook-da yayımlanan Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.