NATO baş katibi: “Ukrayna öz müstəqilliyini qoruyur”backend

NATO baş katibi: “Ukrayna öz müstəqilliyini qoruyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra “nikbinlik üçün səbəb” gördüyünü deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Stoltenberqin sözlərinə görə, Davosda gün Zelenski ilə görüşlə başlayıb.

“Ciddi döyüş vəziyyətinə baxmayaraq, nikbinlik üçün əsas var: Ukrayna öz müstəqilliyini qoruyur”, – NATO-nun baş katibi izah edib.

Bundan əvvəl Vladimir Zelenskinin özü Davosda Dünya İqtisadi Forumu çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən danışıb. Onun sözlərinə görə, tərəflər “bir çox mühüm məsələləri müzakirə ediblər”. Söhbət döyüş meydanındakı vəziyyətdən, Kiyevin müdafiə ehtiyaclarından, hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsindən gedir.