NATO-dan Qarabağdakı insidentlə bağlı AÇIQLAMAbackend

NATO-dan Qarabağdakı insidentlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO martın 5-də Xankəndi yaxınlığında baş vermiş hadisə bağlı narahatlığını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina özünün “Twitter” hesabında yazıb.

“Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən çox narahatıq. Bu insident həll edilməmiş məsələlərin danışıqlar masası arxasında həllinin vacibliyini nümayiş etdirir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – o bildirib.