NATO kvant texnologiyası strategiyası hazırlayacaqbackend

NATO kvant texnologiyası strategiyası hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada keçirilən “2023 Kvant Konfransı”nda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun bu ilin sonuna qədər kvant texnologiyası strategiyası hazırlayacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Stoltenberq çıxışında NATO-nun yeni texnologiyalarla ayaqlaşmağa davam etdiyini ifadə edib. “Dağıdıcı texnologiyaların sürətlə yayılması ilə biz də kvant sahəsi daxil olmaqla yeni texnologiyalara daha çox uyğunlaşmalıyıq”.

NATO-nun ilin sonuna qədər kvant strategiyası hazırlayacağını bildirən Stoltenberq imkanlarını doğru texnologiyalarla birləşdirərək texnologiyaların düşməncəsinə istifadəsinə qarşı hazır olacağını bildirib.

Stoltenberq daha sonra Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ilə birlikdə NATO-nun yeni saytı olan “Deep Tech Lab-Quantum”un açılışını edib.

NATO-dan verilən yazılı açıqlamada yeni laboratoriyanın NATO-nun sürətləndirici proqramı çərçivəsində kvant dəstəkli həlləri bazara çıxarmaq üçün Alyans daxilində start-uplara imkan verəcəyi bildirilib.