NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edibbackend

NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, NATO rəsmisi bu barədə “X” hesabında bildirib.

Onun sözlərinə görə, görüş NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutub.

“NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edildi”, – deyə o əlavə edib.