NATO-nun yeni Baş katibi kim olacaq?backend

NATO-nun yeni Baş katibi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın istefaya göndərilən baş naziri Mario Draqi çox güman ki, Yens Stoltenberqi NATO-nun baş katibi postunda əvəz edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Alyansdakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Fransa, İtaliya və Almaniya alyans üçün əsas problemlərin hazırda bu qitədə cəmləşdiyini nəzərə alaraq, alyansın baş katibi postunun Avropanın təhlükəsizlik arxitekturasını dərindən dərk edən şəxsin tutmasında israr edirlər.

“Mario Draqi, məncə, indi bu mövqeni əldə etmək üçün ən yaxşı vəziyyətdədir, çünki fransız, italyan, alman tərəfləri razılaşır və amerikalılar da deyəsən etiraz etmirlər”, – mənbə bildirib.