NATO Rumıniyada hərbi-dəniz təlimlərinə başladıbackend

NATO Rumıniyada hərbi-dəniz təlimlərinə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri “Sea Shield-24” başlayıb.

NOCOMMENT.az xəbər verir ki, manevrlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi iştirak edir.

Hərbi-dəniz təlimlərinə 2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika cəlb olunub. Aprelin 21-də başa çatacaq.

Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib. Ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.