NATO tarixinin ən böyük aviasiya təliminə hazırlaşırbackend

NATO tarixinin ən böyük aviasiya təliminə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO gələn həftə Almaniya və Şərqi Avropada yarandığı gündən bəri ən böyük hava təlimini keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, iyunun 12-23-də keçiriləcək “Air Defender 2023” təlimində 10 mindən çox hərbi qulluqçu və 250-dən çox döyüş təyyarəsinin iştirakı planlaşdırılır.

Təlim üçün ABŞ Hərbi Hava Qüvvələrindən təxminən 110 təyyarə Atlantik okeanının o tayından Avropaya gələcək. Bundan əlavə, təlimdə NATO ölkələrindən Avropadakı 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarənin iştirakı gözlənilir. Təlim zamanı gündə orta hesabla 250 döyüş atışının həyata keçiriləcəyi bildirilir.

Bundan əlavə, 25 ölkədən aviatorlar 20-dən çox növ təyyarə ilə təlimlərdə iştirak edəcəklər. Bunlara F-35, Eurofighter, F-18, F-16, A-10, Gripen kimi təyyarə növləri daxildir.

NOCOMMENT.AZ