Navalnı ilə vida mərasimi – FOTObackend

Navalnı ilə vida mərasimi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnının cəsədi olan cənazə maşını siyasətçinin dəfn mərasiminin keçiriləcəyi Maryinodakı kilsəyə gətirilib.

NOCOMMENT.az bakupost.az-a istinadla xəbət verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov bildirib.

Qeyd olunur ki, məbədə toplaşanlar “Navalnı” şüarları səsləndiriblər.

Navalnının tərəfdaşları martın 1-də bildiriblər ki, meyit razılaşdırılmış vaxt çərçivəsində morqa buraxılmayıb, onlar təxminən yarım saat gözləməli olublar.

Yüzlərlə insan Navalnı ilə vidalaşmaq üçün kilsəyə gəlib. Nəticədə bir kilometrə qədər uzanan növbə yaranıb.

Dəfn mərasimi Moskva vaxtı ilə saat 14:00-da başlayacaq. Siyasətçi martın 1-də ictimaiyyət üçün bağlanan Borisov qəbiristanlığında dəfn ediləcək.