Naxçıvanda nazir və müavini işdən çıxarıldıbackend

Naxçıvanda nazir və müavini işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov kənd təsərrüfatı naziri vəzifəsindən azad olunub.

Nazirin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya həvalə edilib.

Bundan əlavə, Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.