Naxçıvanın deputatları Prezidentin nümayəndəsi ilə görüşmək İSTƏYİRLƏRbackend

Naxçıvanın deputatları Prezidentin nümayəndəsi ilə görüşmək İSTƏYİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Naxçıvandan seçilən deputatları bu yaxınlarda Prezidentin Muxtar Respublika üzrə səlahiyyətli nümayəndəsi təyin olunan Fuad Nəcəfli ilə görüşmək, mövcud problemlər və gələcəkdə görüləcək işlər barədə təkliflərini ona çatdırmaq niyyətindədirlər. Lakin belə bir görüşün nə vaxt baş tutacağı hələlik məlum deyil.

NOCOMMENT.az Milli Məclisin Naxçıvandan seçilən deputatı Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, digər həmkarları kimi, o da Prezidentin nümayəndəsi ilə görüşə hazırdır:

“Açığı görüş məsələsi bizdən asılı deyil. Ancaq mən şəxsən görüşə hazıram. Səlahiyyətli nümayəndə nə vaxt dəvət edəcək, o vaxt görüşəcəyik. Yəni sədr bizi dəvət etsə, hansısa məsələ ilə bağlı bizdən fikir soruşsa, ona müvafiq fikirlərimi çatdıraram”.

Naxçıvanın digər deputatı Ülviyyə Həmzəyeva isə deyib: “Əlbəttə, belə görüş istisna deyil. Ancaq hər şeyin vaxtı var”.

Parlamentin Muxtar Respublikanı təmsil edən deputatı Cəbi Quliyev yeni səlahiyyətli nümayəndə ilə bayramdan sonra görüşməyi nəzərdə tutduğunu söyləyib:

“Yeni sədrlə görüş planımız var. Ancaq biz bunu bayramdan sonra üçün nəzərdə tuturuq. Çünki vaxtımız azdır. Mən deputat olmaqla yanaşı, Naxçıvan Muxtar Respublikasında Gənclər Fonduna rəhbərlik edirəm. Gənclərlə bağlı müzakirə ediləcək məsələlər var. Yeni nümayəndə ilə seçicilərimizi maraqlandıran bir neçə məsələni də müzakirə edəcəyik. Biz ona, o da bizə dəstək mexanizmi qurmaqla, fəaliyyətimizi davam etdirəcəyik”.

C.Quliyev Fuad Nəcəfli ilə mümkün görüşdə gənclərlə bağlı hansı məsələləri diqqətə çatdıracağını açıqlayıb:

“Naxçıvanda 3 ali təhsil müəssisəsi var. Burada gənclərlə bağlı məsələlər var. Gənclərimizn yataqxana məsələsini müzakirə edəcəyik. Onların bundan sonrakı fəaliyyəti, müəyyən strukturlarda, təlimlərdə iştirakını da müzakirə etməyi planlaşdırırıq”.

Qeyd edək ki, 27 il Naxçıvana rəhbərlik etmiş Vasif Talıbovun gedişindən sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.