Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi – Tokayevdən fərmanbackend

Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi – Tokayevdən fərman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası (millət lideri) haqqında” qanun haqqında fərman imzalayıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, fərman qanunun qüvvədən düşmüş hesab edilməsi barədədir.

Bu qanun keçmiş prezident Nursultan Nazarbayevə xalq lideri statusunun təyin edilməsi və ona ömürlük imtiyazlar verilməsi ilə bağlı olub.

Konstitusiyadan da “Elbası” haqqında bütün müddəalar çıxarılıb. Beləliklə, Nazarbayev və ailə üzvləri bütün imtiyazlarını itirib.