Nazilə Səfərli: Xoşqədəm böyük skandalist kimi mükəmməldirbackend

Nazilə Səfərli: Xoşqədəm böyük skandalist kimi mükəmməldir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış Şairə Nazilə Səfərli teleaparıcı Xoşqədəm Hidayətqızı ilə yaşadığı qalmaqaldan danışıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, o, Xoşqədəmlə qalmaqalından sonra cərimə ödədiyini bildirib.

“Astar” yutub layihəsinə qonaq olan Səfərli cəriməni ödədiyini, lakin qarşı tərəfdən üzr istəmədiyini qeyd edib: “Xoşqədəmlə olan hadisədə ağzım yanmadı, qalmaqal əyləncəli idi. Mənə elə-belə adam sataşmayıb ki? Şərəf verib. Xoşqədəm böyük “skandalist”, heç nədən qaçmayan insan kimi mükəmməldir. Siz onu balaca biri kimi görməyin. Bu dəqiqə Xoşqədəmə kinim yoxdu.

Meydana çağırdı, sözümüzü dedik. Mənə minnətdar olmalıdır ki, onun zəif nöqtəsindən istifadə etmədim. Qanundan yayındığım üçün 300 manat cərimə ödədim”.