Nazir generalı sərəncama götürüb – Yerinə kim təyin edilib?backend

Nazir generalı sərəncama götürüb – Yerinə kim təyin edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən məlumat verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.

NOCOMMENT.az azpolitika.info-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi işləyirdi. O, mərhum vəkil və ictimai xadim, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış İsaxan Aşurovun oğludur.

Kənan Aşurov

Onu da qeyd edək ki, Kənan Aşurovdan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Elşad Hüseynov tuturdu.

Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynovun sərəncama götürüldüyü bildirilir.