Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) sədri vəzifəsinə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov seçilib.
NOCOMMENT.az Report-a istinadla xəbər verir ki, qərar nümayəndə heyətlərinin başçılarının ilk plenar iclasında qəbul edilib.

Konfransın sədr müavini vəzifələrinə aşağıdakı şəxslər seçilib:
Rejina Flyor Assomou Bessu – Kot-d’İvuar
Said bin Qeleyta – Birləşmiş Ərəb Əmirlikləri
Kila Qulo-Vui – Papua-Yeni Qvineya
Fransisko Kasassiya – Paraqvay
Altınbek Toktorbayev – Qırğızıstan
İnqa Rimkyaviçene – Litva
Rəhbər komitə (Komitə 1) konfransın sədri və sədr müavinlərindən, eləcə də digər komitələrin rəhbərlərindən ibarətdir.
Komitə 2-nin (büdcə nəzarəti) sədri Sabolç Sentleyki (Macarıstan) olub, sədr müavinləri isə bunlardır:
Seynabu Sek Sisse – Seneqal
İssa Creysat – İordaniya
Syuy Min – Çin
Markus Varian – Kanada
Bəxtiyar Məmmədov – Azərbaycan
Dirk-Oliver fon der Emden – İsveçrə
Komitə 3-ün (məqsədlər) sədri Muath S. Əl-Rumayh (Səudiyyə Ərəbistanı) olub, sədr müavinləri isə:
Nora Abdalla – Sudan
Osama Abu Ezza – Liviya
Komitə 4-ün (ITU-D iş metodları) sədri Tupou Baravalla (Fici) olub, onun müavinləri isə:
Aman Vinyo Kapo – Toqo
Maita Əhməd Əl Camri – BƏƏ
Maria Myutel – Avstraliya
Roberto Hiraiama – Braziliya
Javohir Aripov – Özbəkistan
Rafal Bartoszevski – Polşa
Komitə 5-in (redaksiya komitəsi) sədri Mariya Xose Franko (Uruqvay) olub, onun müavinləri isə:
Mvanahamisi Suleymana – Tanzaniya
Zuhayr Munder Abdulkarim İbrahim – Küveyt
Fan Siçen – Çin
Konstantin Trofimov – Rusiya
Lea Rubine – Fransa
Plenar iclasın İşçi qrupunun (strateji plan və bəyannamənin hazırlanması üzrə) sədri Stella Erebor (Nigeriya) olub, onun müavinləri isə:
Etta Mozore – Qana
Abdulrahman Nasser Əlsavaidi – Bəhreyn
Saney Sayvonq – Tailand
Sahibə Həsənova – Azərbaycan
Karmen Mədalina Klapon – Rumıniya.







