Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, Bəxtiyar İslam oğlu Tağıyev Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, ötən gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarov vəzifəsindən azad olunaraq, fövqəladə hallar nazirinin müavini təyin edilib.
Xatırladaq ki, Bəxtiyar Tağıyev ötən ilin dekabr ayında FHN-in Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunaraq, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi./Qaynarinfo/










