Nazir prezidenti ittiham etdi – “Ölkəni Aİ-dən çıxmağa hazırlayırsınız”backend

Nazir prezidenti ittiham etdi – “Ölkəni Aİ-dən çıxmağa hazırlayırsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa xarici işlər naziri Radoslav Sikorski ölkə prezidenti Karol Navrotskini ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu, nazirin parlamentdə çıxışı zamanı baş verib.

Nazir çıxışının mətnini Substack saytında dərc edib.

“Avropaya inteqrasiyanın Polşaya qarşı sui-qəsd olduğunu deməklə nə Avropa İttifaqına (Aİ), nə də Polşanın özünə kömək edirsiniz. Siz Aİ-dən çıxmaq üçün psixoloji və siyasi zəmin yaradırsınız”, – deyə nazir vurğulayıb.

O, xatırladıb ki, Rusiya dezinformasiya və təbliğata milyardlar xərcləyir, eləcə dəictimai rəyin bir hissəsini Aİ-yə və Rusiyanın bombardmanlarından Polşaya qaçan ukraynalı qaçqınlara qarşı yönəltmək istəyir.

Xatirə SADİQ