Nazir vəzifəsindən azad edildibackend

Nazir vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Çin Qanq vəzifəsindən azad edilib. 

NOCOMMENT.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin 4-cü iclasında qəbul edilən qərarla Çinin xarici işlər naziri və Mərkəzi Bankın sədri dəyişib.

Komitə bir müddət ictimaiyyət qarşısına çıxmayan Çinin xarici işlər nazirini vəzifəsindən azad edib və onun yerinə Vanq Yi təyin edilib. Mərkəzi Bankın rəhbəri Yi Qanq da vəzifəsindən azad edilib və onun yerinə Pan Qonşinq gətirilib.

Çin Prezidenti Si Cinpin qəbul edilən qərarları təsdiq edən prezident fərmanı imzalayıb.

Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi keçmiş nazirin Çindəki durumu ilə bağlı heç bir açıqlama verməyib.