Naziri pis vəziyyətdə qoyan məktəbin direktoru danışdıbackend

Naziri pis vəziyyətdə qoyan məktəbin direktoru danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün təhsil naziri Emin Əmrullayev Bakı şəhər 234 nömrəli tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib. Divarın üzərində məktəbin adı ilə bağlı qrammatik səhv kəskin tənqid olunub. Divarda məktəbin adında iki söz bitişik – “234 nömrəli tamorta məktəb” şəklində yazılıb.

NOCOMMENT xəbər verir ki, teleqraf-ın əməkdaşı sözügedən məktəblə əlaqə saxlayıb.

Məktəbin direktoru Könül Məmmədli açıqlamasında bildirib ki, bu, təmir zamanı baş verən səhvdir: “Məktəb 2013-cü ildə təmir olunub. Bu məsələ haqqında danışmaq istəmirəm. Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabedir, sual onlara ünvanlansa, yaxşı olar”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, direktorun işarə etdiyi ünvandan suala cavab ala bilmədik.