Nazirlik şəhiddən rüşvət alınması faktını ARAŞDIRIRbackend

Nazirlik şəhiddən rüşvət alınması faktını ARAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun “Komando” xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır.

NOCOMMENT xəbər verir ki, bu barədə xəbəri jurnalist Eynulla Fətullayev ictimailəşdirib.

“Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, “Komando” xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Əhmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələni xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq!

İşin sonuna qədər gedəcəm!”, – deyə baş redaktor vurğulayıb.

Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub.

Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyüblər.