Nazirlikdə təyinat: Zeynalova yüksək vəzifə verildi – FOTObackend

Nazirlikdə təyinat: Zeynalova yüksək vəzifə verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika Nazirliyinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Orxan Namiq oğlu Zeynalov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi məktəbində əlavə təhsil alıb.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.

İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.
Axar.az