Nazirlikdən vergi güzəştlərinin ləğv edilməsiylə bağlı açıqlamabackend

Nazirlikdən vergi güzəştlərinin ləğv edilməsiylə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ilin yanvar ayının 1-dən etibarən bəzi mikro sahibkarlıq subyektləri ( işçi sayı 3-dən az olan) üçün nəzərdə tutulank vergi güzəşti ləğv olunub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı edilən dəyişikliklərə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, 3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır:

“3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 %-lik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur. Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq”.

Qeyd edək ki, dəyişiklikdən əvvəl Azərbaycanda fəaliyyət göstərən bütün mikro sahibkarlıq subyektələri gəlirlərinin 5%-i həcmində vergi ödəyirdilər.

Yeni dəyişikliyə görə yanvarın 1-dən etibarən 3-dən az işçisi olan mikro sahibkarlıq subyektələri 5% deyil, 20% vergi ödəyəcəklər.

Nazirliyin verdiyi açıqlamada qeyd olunur ki, əgər işçi sayı 3-dən az olan mikro sahibkarlıq subyektələri 3 il ərzində kiçik sahibkarlıq subyektinə çevrilərsə (işçi sayı 10-dan çox), büdcəyə ödədiyi vəsait növbəti ödənişlərdən çıxılacaq.