Nazirliyin bu qurumuna yeni rəhbər təyin olunubbackend

Nazirliyin bu qurumuna yeni rəhbər təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) rəhbərliyinə yeni təyinat olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

“Baktelecom”un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.