Nə qədər ərazi minalardan təmizlənib? – ANAMAbackend

Nə qədər ərazi minalardan təmizlənib? – ANAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunmuş torpaqlarda 50 min hektardan artıq ərazi minalardan təmizlənib. 60 mindən çox mina və partlamamış silah-sursat isə zərərsizləşdirilib”. Bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə agentliyinin sədri Vüqar Süleymanov deyib. O, ölkəmizə minatəmizləmə üçün yeni avadanlıqların da gətirildiyini diqqətə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, işğaldan azad olunmuş bütün ərazilərdə minaların təmizlənməsinə ən innovativ avadanlıqlar cəlb olunub. Bunu Minatəmizləmə Agentliyinin yeni loqosunun təqdimat mərasimində ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.Onun sözlərinə görə Minalanmış ərazilərin dronlar vasitəsilə kənardan öyrənilməsi prosesi də həyata keçirilir.

Vüqar Süleymanov bildirib ki  İşğal dövründə Ermənistan tərəfindən Qarabağda çoxlu sayda mina sahələri yaradılıb. Minalanmış ərazilərin təmizlənməsi üçün artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi ölkəmizə gətirilib. İlin sonunadək texnikaların qalan hissəsi də Azərbaycana çatdırılaq. Tədbirdə azad edilən ərazilərdə zərərsizləşdirilən minaların sayı da açıqlanıb.

ANAMA-nın sədri Laçın şəhəri, Zabux və Sus kəndlərinə sakinlərin qayıtması üçün minatəmizlə işlərinin aparıldığını bildirib.Emənistan tərəfindən təqdim olunan mina xərtələrindən danışan Vüqar Süleymanov qeyd edib ki həmin xəritələr çox aşağı səviyyədə və qeyri-peşəkar tərtib olunub.