Neftçalada intihar edən şəxs iş adamı imiş – FOTObackend

Neftçalada intihar edən şəxs iş adamı imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada 16 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən kişi intihar edib.

NOCOMMENT.az bakupost-a istinadən xəbər verir ki, intihar edən 52 yaşlı A.Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.

A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.

Qeyd edək ki, o, paltar lifindən hazırladığı vasitə ilə gecə saat 4 radələrində həyatına qəsd edib.

DİN-dən verilən məlumata görə, Azər Hüseynov 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinirmiş.

“1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır”, – deyə DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığ məlumatda bildirilir.