Ağcabədidə əmioğullarının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı qətlə yetirilən 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun qohumları danışıblar.
Onların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev əvvəlcə Ş.Mamedovu duelə çağırıb:
“Şaiqi duelə çağırıb. Maşından düşən kimi bıçağı vurub qarnına. O biri də əyilib ki, onu götürsün, arxadan onu da vurub. Orada ikisini də öldürüb. Hələ durub deyib ki, kim gəlsə, öldürüb buraya yıxacağam”.
“Ümumiyyətlə bizim kənddə belə bir hadisə olmayıb. Birinci dəfədir belə düşmnəçilik kimi belə bir şey olur. Özümüz də şokdayıq. Heç onların bir ağsaqqalı da gəlib deməyib ki, belə bir hadisə olub. Onlardan dil-ağız edən də yoxdur”, – başqa bir qohum qedy edib.
Qeyd edək ki, Ağcabədi Rayon Prokurorluğu hadisə ilə bağlı bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Ətraflı “Baku TV”nin videomaterialında:










