Neftçalada tragikomik hadisə – Karantin rejimini pozduqlarına görə cərimələndilər – VİDEObackend

Neftçalada tragikomik hadisə – Karantin rejimini pozduqlarına görə cərimələndilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtoyuma məntəqəsinin işçiləri karantin rejimi qaydalarını pozduqlarına görə cərimələniblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Neftçalanın Aşağı Qaramanlı kənd sakini Rövşən Tağıyev deyir ki, sexdə maşın yuyan zaman sahə inspektoru ona yaxınlaşıb. “Niyə karantin qaydalarını pozursan?” deyərək də cərimə yazıb.

Vətəndaş isə bildirir ki, hər gün eyni işi görür. Cərimələnməsinin səbəbini də aydınlaşdıra bilmir.

Cərimə olunanlardan biri də Astanlı kənd sakini Ağapaşa Əhmədovdur. O, da iş yerində olarkən cərimələnib. Amma Ağapaşaya 300 manat cərimə yazılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.