Neftin qiyməti aşağı düşübbackend

Neftin qiyməti aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 75,37 dollara satılır.

NOCOMMENT xəbər verir ki, dünən 79,78 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 75,32 dollarla tamamlayıb. Saat 09:20-yə olan məlumata görə, həmçinin West Texas Intermediate (WTI) xam neftinin bir bareli 71,66 dollardan alıcı tapıb.

Amerika Neft İnstitutu, ölkənin xam neft ehtiyatlarının keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 3 milyon 939 min barrel azalacağının proqnozlaşdırıldığını açıqladı. Bazar gözləntisi 1 milyon barel azalma olacağı idi.
Ehtiyatların azalacağı proqnozu ölkədə tələbatın yüksək olduğu qənaətini yaradıb və qiymətləri dəstəkləyib. ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq.