Neftin qiyməti bahalaşdıbackend

Neftin qiyməti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 76,69 dollara satılır.

NOCOMMENT xəbər verir ki, dünən 76,99 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 75,86 dollarla tamamlayıb. Saat 09:21-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 1,09 faiz artaraq 76,69 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 72,61 dollardan alıcı tapıb.

Qiymətlərin artması ABŞ-da borc limiti ilə bağlı danışıqlarda razılığın əldə olunacağına dair gözləntilərin artması ilə bağlı olub.

Bazarlarda diqqət borc limiti danışıqlarına yönəldiyi halda, ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti bu həftəsonu danışıqlarda prinsipial razılığın əldə oluna biləcəyini və bunun gələn həftə Nümayəndələr Palatasında səsə qoyula biləcəyini bildirib.

Senat çoxluğunun lideri Demokrat Çak Şumer də borc limiti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu ifadə edərək, Senatın Nümayəndələr Palatasından dərhal sonra borc limiti ilə bağlı hərəkətə keçəcəyini qeyd edib.

ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırma ehtimalı tələb narahatlığına səbəb olur və qiymətləri aşağı salır.