Neftin qiyməti bahalaşdıbackend

Neftin qiyməti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda həftənin ilk iş günündə Brent markalı neftin bir bareli 77,63 dollara satılır. Ötən gün 77,74 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 76,84 dollarla tamamlayıb.

NOCOMMENT xəbər verir ki, brent markalı neftin bir barelinin qiyməti bu gün 09.26-a olan bağlanış tarixi ilə müqayisədə 1,02 faiz artaraq 77,63 dollar təşkil edib. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 73,78 dollardan alıcı tapıb.

Qiymətlərin artmasına dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da neft ehtiyatlarının azalacağı ilə bağlı proqnozlar və OPEC+ qrupunun hasilatı azaltma ehtimalı səbəb olub. Amerika Neft İnstitutu, ölkənin xam neft ehtiyatlarının keçən həftə əvvəlki həftə ilə müqayisədə 6 milyon 799 min barrel azalacağının gözləndiyini açıqladı. Bazar gözləntisi 525 min barel artım olacağı idi.

Ehtiyatların azalacağı proqnozu ölkədə tələbatın yüksək olduğu qənaətini yaradıb və qiymətləri dəstəkləyib. ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq.

Bundan başqa, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın neftdə satış mövqeyi açanlara etdiyi xəbərdarlıqlar və “ehtiyatlı olun” açıqlamaları bazarlarda təklif narahatlığını artırıb və qiymətləri dəstəkləyib. Bəyanatda OPEC+ qrupunun iyunun 4-də keçiriləcək növbəti iclasında qiymətləri dəstəkləmək üçün əlavə endirimlər edə biləcəyi ilə bağlı təxminlər qaldırılıb.