Netanyahu ABŞ-a təşəkkür edibbackend

Netanyahu ABŞ-a təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu amerikalı konqresmenlərə İsrailə hərbi yardımı nəzərdə tutan qanun layihəsinin qəbuluna görə təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Birləşmiş Ştatlar Konqresi böyük səs çoxluğu ilə təqdirəlayiq yardım qanun layihəsini qəbul etdi… Sağ olun, dostlar, təşəkkürlər, Amerika!” – Netanyahu yazıb.

Onun sözlərinə görə, qanun layihəsi İsrailə güclü ikitərəfli dəstəyi nümayiş etdirir və Qərb sivilizasiyasını qoruyur.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 26,4 milyard dollar yardımın ayrılması ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsinə 366 konqresmen səs verib. Digər 58 nəfər isə buna qarşı çıxıb. Sənəd baxılmaq üçün ABŞ Senatına göndəriləcək. Bundan əlavə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Ukraynaya təxminən 61 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur. Tayvana hərbi yardım göstərilməsi və dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihələri də təsdiq edilib.