Netanyahudan oğluna sosial media qadağasıbackend

Netanyahudan oğluna sosial media qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahuya “sosial media məhdudiyyəti” qoyduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, “Walla”nın məlumatına görə, Baş nazir Netanyahu və həyat yoldaşı Sara, hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı ümummilli kütləvi etirazların arxasında ABŞ-ın olduğunu iddia edən oğulları Yairinin sosial mediadan istifadəsinə məhdudiyyətlər qoyub.

Baş nazir Netanyahunun “mübahisəli məhkəmə qaydalarını təxirə saldığını” açıqlamasından sonra Yairin sosial mediadakı paylaşımlarına fasilə verməsi diqqət çəkib.

Yairin ondan yazılarını dayandırmasını, çox diqqət və qəzəb çəkməməsi üçün tvit yazmağı dayandırmasını və “sakitləşməsini” tələb edən valideynlərinin xahişi ilə belə davrandığı bildirilib.

NOCOMMENT.AZ