Neymardan Jesus haqda açıqlamabackend

Neymardan Jesus haqda açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Pro Liqasının iddialı komandalarından olan “Əl Hilal”ın baş məşqçi Jorge Jesus və komandanın braziliyalı ulduzu Neymarla mübahisə etdiyi iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, “Əl Hilal”ın ulduzu Neymar baş məşqçi Jorge Jesusun komandadan göndərilmək istədiyi xəbərinin doğru olmadığını bildirib. Braziliyalı futbolçu Jesusun komandadan göndərilmək istədiyi xəbərindən sonra sosial media hesabından açıqlama verib. “Hər kəs bu cür şeylərə, bu cür xəbərlərə inanmağı dayandırmalıdır. Milyonlarla izləyiciniz olanda saxta xəbərlər dərc etməyə davam edə bilməzsiniz. Hörmətlə buna son qoymağınızı xahiş edirəm, bu, çox böyük hörmətsizlikdir”.

Qeyd edək ki, Asiya Çempionlar Liqasında keçirilən “Navbahor” oyunundan sonra Neymarla Jesusun mübahisə etdiyi bildirilib. İkilinin mübahisə etməsinə səbəb kimi Neymarın “Navbahor”a qarşı qeyri-adekvat çıxış etməsi olduğu qeyd edilib.