Niderlandda Quranı yandırmaq cəhdi kütləvi davaya çevrilibbackend

Niderlandda Quranı yandırmaq cəhdi kütləvi davaya çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Arnhem şəhərində qəzəbli kütlə polis kordonunu yararaq Quranı yandırmağa çalışan radikala hücum edib.

NOCOMMENT.az xəbər verir ki, APA-nın “De Telegraaf” qəzetinə istinadən verdiyi məlumata görə, sanksiyalaşdırılan tədbirdə bir neçə polis əməkdaşı da yaralanıb və hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.

Daha sonra polisə də hücum edildiyi və daş atıldığı məlum olub.

Nəticədə 3 nəfər həbs edilib. Polis yaxın günlərdə daha çox həbslərin olacağını istisna etməyib.