İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumət bütün fransız əsgərlərinin dekabrın 22-dək ölkəni tərk edəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Silahlı Qüvvələrdən verilən yazılı açıqlamada ölkədə yerləşdirilən fransız əsgərlərinin ən geci dekabrın 22-də maddi-texniki təchizatları ilə Nigeri tərk edəcəyi bildirilib.
Açıqlamada dünəndən etibarən ölkədə olan 1500-ə yaxın əsgərdən 1346-nın Nigeri tərk etdiyi, 157 əsgərin isə sözügedən tarixə qədər ölkəni tərk edəcəyi bildirilib.
İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumətFransaFransa ilə hərbi müqavilələrə xitam verdi və fransız əsgərlərinin ölkəni tərk etmələrini tələb etdi.
Bunun üzərinə Fransa prezidenti Emmanuel Makron fransız əsgərlərinin oktyabr ayından başlayaraq ilin sonuna qədər ölkəni tamamilə tərk edəcəklərini açıqlayıb.