Nigeriyada məktəb binasının uçması nəticəsində 16 şagird həlak olub – VİDEObackend

Nigeriyada məktəb binasının uçması nəticəsində 16 şagird həlak olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada məktəb binasının bir hissəsi dərs zamanı uçub, nəticədə 16 şagird həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bundan əvvəl Nigeriya mediası 7 nəfərin öldüyünü bildirmişdi.

Məlumata görə, 40-a yaxın tələbə xilas edilib. Onlara tibbi yardım göstərilir və zərərçəkənlər üçün qan götürülməsi elan edilib. Dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin ola biləcəyini iddia edilir. Hadisə yerində xilasetmə qrupları və hərbi hissələr işləyir.

Dağılan orta məktəb binası Plato Ştatının paytaxtı Cosda yerləşir. Binanın uçan hissəsində aşağı siniflərin şagirdləri olub.