Nigeriyada silahlıların hücumları nəticəsində 200-ə yaxın adam ölübbackend

Nigeriyada silahlıların hücumları nəticəsində 200-ə yaxın adam ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23 və 24-də Nigeriyanın mərkəzindəki Plato əyalətində bir neçə kənddə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 198 nəfər həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə AFP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nigeriya ordusu bölməsinin sözçüsünə görə, insident şənbə və bazar günü gecə ölkənin mərkəzi Plato əyalətinin Muşu kəndində baş verib.

Bu ilin may ayından bəri Platoda icmalararası toqquşmalar baş verir. Ən azı 160 nəfər onların qurbanı olub, daha 3 min nəfər isə zorakılıq təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Fulani köçəriləri ilə fermerlər arasında münaqişə Nigeriyanın bir neçə ştatını əhatə edir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.