Nikol Paşinyanı Gorus və Qafana buraxmadılarbackend

Nikol Paşinyanı Gorus və Qafana buraxmadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin etirazı səbəbindən Sünik vilayətinə səfərini yarıda dayandırmağa məcbur olub.

NOCOMMENT yerli KİV-ə istinadən xəbər verir ki, bu gün hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılırdı.

Lakin N.Paşinyan həmin şəhərlərə gedə bilməyəcəyini deyib. Hökumət başçısı vurğulayıb ki, adıçəkilən şəhərlərə gedən yol sakinlər tərəfindən bağlandığına görə səfər baş tutmayıb.

N.Paşinyan hazırda Sisiandadır.

Qeyd edək ki, məlumata görə, o, vilayətin Sisian şəhərinə helikopterdə gedib.

Xatırladaq ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.