Novak Cokoviç koronavirusa yoluxdubackend

Novak Cokoviç koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç koronavirusa yoluxub.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı serbiyalı idmançının testi müsbət nəticə verib. Təcrübəli tennisçi Xorvatiyanın Zadar şəhərindəki turnirdə infeksiyaya yoluxan Qriqor Dimitrovla təmasda olub.

Cokoviç ilk olaraq özünü yaxşı hiss etdiyi üçün test vermək istəməmişdi.