Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə – 89 nəfər və Sos kəndinə 20 ailə – 80 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bununla da Sos kəndinə köçürülən ailələrin sayı 39-a (158 nəfər), Qırmızı Bazar qəsəbəsinə köçürülənlərin sayı isə 51-ə (199 nəfər) çatıb.













