Novxanı çimərliyində nə baş verir? – FOTO/VİDEObackend

Novxanı çimərliyində nə baş verir? – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novxanı çimərliyində qum yoxa çıxır, dəniz suyu çəkilir, sahili böcəklər basıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayıl öz “Facebook” profilində paylaşım edib.

O bildirib ki, neçə illərdir, xüsusən də yay mövsümündə getdiyi çimərliyi bu il belə vəziyyətdə görmək onu təssüfləndirib.

“Bu il bu ərazidə nəsə baş verdi. Bir neçə ay əvvəl gedəndə fərqinə varmışdım ki, sahilin qumu yoxa çıxır. Keçənilki qum yoxdur. Növbəti dəfə getdiyimdə durum biraz da dərinə işləmişdi. Sahilin qumu yoxa çıxırdı və bu, belə də davam etdi. İndi vəziyyət inanılacaq kimi deyil. Hara yoxa çıxdı qum, niyə belə vəziyyət yarandı? Nə bilən var, nə də maraqlanan”, – deyə o qeyd edib.

Jurnalist dənizə çirkab sularının axıdıldığını bildirib.

“Dənizin bulanıq, bozarmış çirkin sarımtıl rəngli suyu və ətrafdakı üfunət iyi adamın ürəyini bulandırır. Suya yaxın gedən kimi “peyin cücüsü” dediyimiz cücülər daraşır adamın ayağına. Su dediyimin adı sudur. Su bu qədər iyrənc ola bilməz”.

Daha ətraflı görüntüləri təqdim edirik: