Noyabrda keçilməyən dərslər necə əvəz olunacaq? — AÇIQLAMAbackend

Noyabrda keçilməyən dərslər necə əvəz olunacaq? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında” qərar imzalayıb.Sözügedən qərara əsasən məktəblərdə payız tətilinin müddəti uzadılıb. Ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu məqamda məktəbliləri və valideynləri maraqlandıran məsələ əlavə tətil günlərinə düşən dərslərin necə əvəz ediləcəyidir. Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Payız tətili hər ilin 16-20 noyabr tarixlərinə təsadüf edirdi. Bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxaql tədbiri ilə bağlı məktəblərdə tətilin müddəti uzadıldı, universitetlər də distant təhsilə keçəcək. Dərs proqramından geri qalmamaq üçün şagirdlərə müəyyən ev tapşırıqları verilə bilər, amma fikrimcə tətildə şagirdləri əlavə dərslərlə yükləmək düzgün olmaz. Sentyabrda dərslər başlayır və payız tətilinədək təxminən iki ay şagirdlər məktəbə gedəcəklər. Tətilin uzadılması düşünürəm ki, şagirdlərin zehni yorğunluğunu azaldacaq. Əlavə tətil günlərinə düşən dərslərin əvəz edilməsinə ehtiyac görmürəm. Şagirdlər ev tapşırıqlarının həlli ilə məşğul olsalar, keçilən dərsləri unutmazlar və daha dərindən mənimsəyərlər”.