Ödənişli yollarda tarif yüksək qoyulub, bu məbləğə baxılsın – Vahid Əhmədovbackend

Ödənişli yollarda tarif yüksək qoyulub, bu məbləğə baxılsın – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Quba Xaçmaz regionunda emal müəssisələrinə ehtiyac var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov dedi.

“Bu bölgələrdə cəmi 2 emal müəssisə var. Müharibə veteranlarının 80 manat alması məsələsinə baxmalıyıq. Xahiş edərdim ki, hökümət bu məsələyə baxsın. Bakı-Quba yolu ilə bağlı cənab prezidentə, Baş nazirə öz minnətdarlığımı bildirirəm. Amma ikinci hissə təmir olunmayıb, yəni Bakıdan Qubaya gələn yolun təmirinə ehtiyac var. Ödənişli yollarda tarif yüksək qoyulub. Yaxşı olardı ki, bu məbləğə baxılsın. Ötən həftə o yolda 3-4 dəfə olmuşam, yol boşdur, ancaq yük maşınları hərəkət edir”.