Odessada partlayış baş veribbackend

Odessada partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessada partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri Telegram kanalında məlumat yayıb.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Odessa və Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilməyib.

“Odessada partlayış”, – nəşr qeyd edib.

Hələlik partlayışla bağlı rəsmi məlumat yoxdur.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin (AFU) cənub müdafiə qüvvələrinin Telegram kanalı Odessada gecə partlayışlarından sonra baş verən yanğın barədə məlumat vermişdi.

RBC-Ukrayna agentliyi də Ukraynanın şimal-şərqində, Xarkov şəhərində partlayışın baş verdiyini bildirib.

Aprelin 7-nə keçən gecə Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərində hava hücumu sirenləri səslənib.