Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində daha bir qaziyə hörmətsizlik edildiyi iddia edilib.
NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə qazı Ceyhun Ağayev özü çıxış edib.
O, videomüraciət yayaraq, həkim tərəfindən rəydə fərqli müayinə yazıldığını bildirib.
“İkinci qrup əlilliyim var. 40 günlük müharibədə bir gözümü itirmişəm, digər gözüm isə 8 faiz görür. Təkrar müayinə zamanı fərqli rəy yazılıb”, deyən qazi bununla bağlı baş həkim Aygün Məmmədbəyliyə müraciət etsə də, çox sərt cavab aldığını bildirib.
Məsələ ilə bağlı Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzindən rəsmi mövqe öyrənməyə çalışdıq.
Mərkəzdən suallarımıza cavab verilməsə də, həmən qazinin yenidən gəlməsi, müayinə olunması təklifi edildi.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğuya isə “müəssisəyə aid məsələ” olduğu deyilərək, mövqe bildirilmədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şikayətçi qazinin ətraflı videomüraciətini təqdim edirik:












