Oğuzda avtomobil yoldan çıxaraq aşıb, sürücü ağır xəsarət alıb
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Muxas kənd sakini Ramazanov Şahin Şaban oğlunun idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq aşıb.
Sürücü ağır xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

















